Ay Bəniz Əliyar - Dünənə atdım kilid
Ədəbiyyat
09:48 / 20.11.2026
Baxış sayı: 762
Dünənə atdım kilid,
sabaha qaldı ümid,
bu gün görüm-baxımdı.
Adamlar içi şumdu,
xəyallar uçurumdu,
yollar lağım-lağımdı.
Dua səpdim göylərə,
tutsa səcdə eylərəm,
göylər son sığınağımdı.
Külək əssə pərdəm var,
çiçək açsa ətirim.
Acısan darıxmağa,
söylə, şeir gətirim.