Əlirza HƏSRƏT - İNSAN OLAQ
Ədəbiyyat
18:36 / 20.11.2026
Baxış sayı: 453
Qədrini bilmədik bir-birimizin,
İnsanlıq eşqinə gəl insan olaq.
Qızıl söz deməyə nə var ki elə,
Biz gərək özümüz,ləl insan olaq.
Eləyib könlünü sevda sarayı,-
Taxta çıxaran var Günəşi,Ayı.
Saxlayaq süfrədə dilənçi payı,
Bizə uzananda əl,insan olaq.
...Köhnə xatirədir bu baş,bu əyin,
Ahına diksindim neyin,tütəyin.
İnsanlıq sevdası bitib deməyin,
Eşqə,məhəbbətə qul insan olaq.