Xatirə Rəhimbəyli -Çıxarmışam...
Ədəbiyyat
15:00 / 26.06.2026
Baxış sayı: 283
Qoymamışam ölə bu ulu sevda ,
Bu günə gətirib sağ çıxarmışam .
Daşıya bilmirdi Sizif bir daşı ,
Mən dağın üstünə dağ çıxarmışam ..
.
Neynək ,itirdilər bu haqqı-sayı ,
Qəlbim sinıq-sökük haqdan dolayı ...
Dərdini almışam, dünya, havayı ,
Köksündən o qədər ah çıxarmışam ...
Fələk , nə vecinə mənim savaşım ,
Dərdim oyuncaqdı ,qatılır başım .
Belə ömrü boyu yuyub göz yaşım ,
Gecəni səhərə ağ çıxarmışam ...