Vahid Paşayev : -QARTAL

...göyün ənginliklərində cövlan edən, sıldırım qayaların şiş ucunda saatlarla oturub yorulmadan ətrafa göz gəzdirən,qalib görkəmi,iti gözləri,güclü qanadları və xəncərəbənzər caynaqları ilə bütün həmcinslərindən fərqlənən QARTAL!Meşədə hakimi mütləq ASLAN, göylərdə QARTAL...
Heç bir uçar quş həndəvərində görünməz,yaxınına belə gələ bilməz qartalın.Qorxudanmı,görkəmindəki zəhmdənmi yaxınlıq etməzlər onunla.Yalnız ona baş qoşub yan-yörəsində fırlanan,sanki zarafatlaşırmış kimi gah sağında,gah da solunda qanad çalaraq ehtiyatı əldən vermədən ora-bura vurnuxan qarğadan başqa,...bəzən bic qarğa o qədər sırtıqlaşar ki,nəinki ona yaxınlıq edib atılb-düşər,həyasızlıq edib qartalın belinə də qonar,sakit otursa dərd yarı olar,hətta boynunu,başını dimdikləyər qartalın.
Belinə oturan qarğadan əndişə duymaz o,kefini belə pozmaz.Qarğanı kənarlaşdırmaq üçün sərt hərəkətə,çırpınmağa yol verməz,ehmalca qanadlanaraq göyün yeddinci qatına doğru yol alar.O qədər yüksəkliyə ucalar ki,fəzanın oksigensiz qatında qarğa nəfəs darlığına tab gətirməz və qartalın hesabına qalxdığı yüksəklikdən aşağıya doğru yuvarlanar,qartalsa öz yüksəlişinə davam edər.
Ey insan övladı, o qarğa kimiləri ilə savaşmaq,mübahisə edib özünüzü yormaq istəmirsinizsə,tutduğunuz haqq yoluna davam edin.
Sən layiq olduğun zirvəyə yüksəldikcə,qarğa və ona oxşarlar enişə yuvarlanacaq.Sən onlara baş qoşma,özünə güvən,haqqa baş əy və düz yolunla davam et!