Türkiyəni zəlzələdən sonra SEL BASDI: Ölənlərin sayı artır - VİDEO - YENİLƏNİB

DÜNYA 20:16 / 15.03.2023 Baxış sayı: 2297

Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.

Yenises.az xəbər verir ki, ölənlərin sayı 14-ə çatıb.

İtkin düşən beş nəfərin axtarışları davam edir.

 

***

13:00

Şanlıurfada son illərin ən güclü yağışı sellərə səbəb olub.

Adalet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şanlıurfa valiliyi sel səbəbiylə 4 nəfərin həyatını itirdiyini açıqlayıb. Adıyamanda isə 1 nəfərin öldüyü, 4 nəfər isə itkin düşdüyü deyilir.

Dalğıclar bölgədə axtarış-xilasetmə işləri aparır. Şəhər mərkəzində yerləşən körpülü Abidə qovşağının altından keçməyə cəhd edən 6 nəfərin sel sularına düşdüyü bildirilir.

***

11:30

Zəlzələ fəlakətindən sonra dağıntıya çevrilən Şanlıurfa bu dəfə leysan yağışlarla mübarizə aparır.

Yenises.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən yağan yağışlar nəticəsində evlərlə yanaşı ictimai binalar və xəstəxanalar da selə təslim olub.

Sel suları yolları bağlayıb. Avtomobillər sel sularının altında qalıb.

Şanlıurfa valiliyi dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları təhlükə səbəbindən evlərini boşaltmaları barədə xəbərdarlıq edib.

Valiliyin sosial media hesabından edilən digər açıqlamada isə Şanlıurfa Əyyubiyə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan xəstələrin başqa xəstəxanalara köçürüldüyü və bununla bağlı bütün lazımi tədbirlərin görüldüyü bildirilib.