Təyyarə təcili eniş etdi

DÜNYA 13:19 / 18.09.2023 Baxış sayı: 1964

Yekaterinburqa uçan "Red Wings" aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi təcili eniş edib. 

Yenises.az  "Unikal"-a istinadən xəbər verir ki, sərnişin təyyarəsi Xəzər dənizi üzərində uçarkən sağ mühərrikində nasazlıq yaranıb. 

 

Antalyadan havaya qalxan təyyarə məlumatdan sonra 7,6 min metr hündürlüyə düşüb.

Pilotlar qəza siqnalı verməyiblər. Təyyarə Qazaxıstanın Aktob aerodromuna təhlükəsiz enib.