Təcili tibbi yardım briqadasına bıçaqla hücum - BAKIDA

KRİMİNAL 08:55 / 21.09.2022 Baxış sayı: 2323

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.

Yenises.az  Report-a istinadən xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.

Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşsa  da , naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan vurub.

Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.