Ehtiram İlham : - OLMUR

*****
Bu necə yol idi, düşdüm ağına,
Azdırmaq olmur ki, azdırmaq olmur.
Sev eyy... bu eşqnən Yaradanı da
Bezdirmək olmur ki, bezdirmək olmur.
Varıb da ən şirin istəyə yetsən,
Qara sevdaların uğruna getsən...
Alnına yazılıb, nə illah etsən
Pozdumaq olmur ki, pozdurmaq olmur.
Qannı bir sazdısa, coşduran qanı,
Havalı sözdüsə, tutan hər yanı.
Əl boyda ürəknən dağ boyda canı
Gəzdirmək olmur ki, gəzdirmək olmur.
Bu Ehtiram hara, ağ sabah hara?
Ruhu çəkiləsi hər sabah dara.
Siyah yuxuları ağ sabahlara
Yozdurmaq olmur ki, yozdurmaq olmur.
18.07.25.