Tahir Rzayev   Milli Məclisin Aqrar siyasət  komitəsinin sədri  : - Ermənilər radikal müxalifətdən yararlanır.

HÜQUQ 11:58 / 20.09.2022 Baxış sayı: 1630

 Ordu quruculuğuna ayrılan vəsaitin çox olması Əli Kərimlini bir o qədər də təəccübləndirməlidir. Çünki onların hakimiyyəti dövründə orduya sərf olunmadığı halda dövlətə vurduqları ziyanı, satdıqları torpaqların, viran qoyduqları şəhər və kəndlərin dəyəri Azərbaycan ordusuna indi ayrılan vəsaitdən qat - qat artıq olmuşdur. Allah rəhmət eləsin, hələ şəhid olan insanları demirəm.

Təəssüf doğuran haldır ki, Ermənistan mediası bir çox hallarda Əli Kərimlinin, Cəmil Həsənlinin və digər nankorların şərh etdikləri faktlara əsaslanaraq Azərbaycan əleyhinə kompaniya aparırlar. Əli Kərimlinin çıxışında səsləndirdiyi “Milyard dollar israf etmiş ordu bu qədər itki verməməliydi” fikrinə istinad edən ermənilər itkilərimizin sayını qat - qat artırmaqla insanlar arasında təşviş yaratmağa, uğurlarımıza kölgə salmağa çalışırlar. Guya ki şəhidlərimizin sayı gizlədilir və Əli Kərimlinin fikrincə “Yeni Azərbaycan Partiyası bir daha göstərdi ki, onun üçün prioritet məsələ Qarabağ deyil, öz hakimiyyətinin qorunub saxlanmasıdır”.

Belə çıxır ki, Qarabağ torpaqları Xalq Cəbhəsi - Əli Kərimlilər hakimiyyətdə olarkən düşmənə təslim edilməmişdir. Yaxud Qaradağlı, Xocalı soyqırımları, Şuşanın, Laçının, Kəlbəcərin və digər ərazilərimizin işğalı onların hakimiyyəti dövründə yox, eramızdan əvvəl baş vermişdir. Əli Kərimli başa düşmürmü ki, milyonlarla dollar sərf edilib, nizami - çevik ordu yaradılmasaydı onların satdıqları, düşmənə təslim etdikləri torpaqları təcavüzkarlardan azad etmək mümkün olmazdı. Bu gün dövlətin iqtisadi gücü varsa o, daha çox vəsait ayırıb torpaqlarının təhlükəsizliyini təmin etməyə, insanları təcavüzkarlardan qorumağa borcludur. Şəhidlərimizin taleyi haqqında Əli Kərimlinin düşünməsi, xal toplamaq hesabına yalandan səs - küy salması da əbəsdir. Çünki xatirəsi hər birimiz üçün əziz olan bu oğullar torpaq uğrunda, ana - bacılarının xoşbəxtliyi yolunda şəhid olduqları üçün unudulmazdırlar, əbədi hörmət və ehtirama layiqdirlər. Onların ruhu şaddır və qürurludurlar.

Əli Kərimli kimi torpaq satıb beş - on manatın xatirinə millətinə və vətəniniə dönük çıxıb yadlara əyilənlərə isə bu cəmiyyətdə yer yoxdur, onların amalı, məqsədi onun - bunun hesabına yaşayıb dövlətimizin uğurlarına kölgə salmaqdır. Bu da nankorluq, dönüklükdür, xalqa xəyanətdir.