Tahir Rzayev, komitə sədri : - "Erməni siyasətçilərinin satqınlığı hər kəsə məlumdu"t

Gündəm 19:52 / 04.10.2023 Baxış sayı: 1653

 

"Ermənistan Rusiyanın əleyhinə atdığı bu addımının ən ağır nəticələrini görəcək". 

   Yenises.az  xəbər  verir ki,  bu sözləri son dövrlər Paşinyan hakimiyyətinin anti-rus siyasətini dəyərləndirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan hər bir siyasətçi tarix boyu xəyanətkar mövqedə olub:

"Erməni siyasətçilərinin satqınlığı hər kəsə məlumdur. İstər Sovet dövründə, istərsə də müstəqillik illərində Ermənistandan olan siyasətçilər həmişə Rusiyanın əleyhinə xəyanətkar mövqedə olub. Ermənilər müəyyən kampaniyalara qoşularaq Rusiyaya düşmən olan ölkələrə dəstək veriblər. Bu, Paşinyanın hakimiyyətdə olduğu illərdə özünü daha qabarıq şəkildə göstərib. Roma Statutunun ratifikasiya edilməsi Rusiyaya arxadan vurulan zərbə və Putinə edilən ən böyük xəyanətdir. Ermənistan ona çörək verənə və yaşadana arxa çevirir. Ermənistanda əvvəlki dövrlərdə hakimiyyətdə olan Serj Sarkisyan, Robert Köçəryan, Levon Ter-Petrosyan və digərləri üzdə Rusiyanı müdafiə etdiklərini bildirsələr də, arxada rusların əleyhinə müəyyən kampaniyalar həyata keçirirdilər. Lakin Paşinyan anti-rus siyasətini açıq şəkildə göstərir". 

Ermənistanın Azərbaycana da xəyanət etdiyini vurğulayan deputat qeyd edib ki, xalqımızın başına gələn ən ağır müsibətlər məhz ermənilərlə bağlıdır:

"Tarix boyu ermənilər Azərbaycan torpaqlarında yaşayıblar və onlara hər cür qayğı göstərilib. İstər keçən əsrin əvvəllərində, istərsə də indiki dövrdə Ermənistan Azərbaycanın əleyhinə addımlar atır və Azərbaycanı özünün qatı düşməni kimi görür. Təəssüf ki, rus xalqı Ermənistanın mövqeyini vaxtında qiymətləndirə bilmədi. Bu gün də Rusiyada olan müəyyən siyasətçilər Ermənistanın tərəfini tutmaqdadır. Halbuki ermənilər mala və vəzifəyə satılırlar"