Söz vermişdim ki, Şuşada namaz qılacağam - Səncər

Maraqli 14:12 / 02.06.2024 Baxış sayı: 2116

Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim.

Yenises.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar deyib.

"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial media hesablarını və televiziyaları izləyirdim.

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir", - Ə.Sancar bildirib.