ŞƏRQŞÜNASLIĞIN İNCİSİ

Elm 12:40 / 27.11.2024 Baxış sayı: 1004

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmət, elmə verdikləri töhfə daima diqqət mərkəzindədir. Şərqşünaslıq elminin inkişaf etdirilməsində akademik Əbdülkərim Əlizadə, akademik Əlisöhbət Sumbatzadə, akademik Həmid Araslı, akademik Ziya Bünyadov, professor Rüstəm Əliyev, professor Aida İmanquliyeva kimi dahi şəxsiyyətlərin müstəsna rolu olmuşdur. Şərqşünaslıq məktəbini layiqincə davam etdirmək kimi ağır yük AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın çiyinlərinə düşmüşdür.

XX-XXI əsrdə Şərqşünaslıq elminin ölkəmizdə surətli inkişafı və çiçəklənməsində akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın əhəmiyyətli rolu vardır.Xüsusilə, ilk qadın ərəbşünas alim Aida Nəsir qızı İmanquliyevanın (1939-1992) şərqşünaslıq məktəbinin layiqli davamçısıdır.

Gövhər Baxşəli qızı Baxşəliyeva Azərbaycanın tanınmış ərəbşünas alimlərindən biri kimi ölkədə ərəb dili, mədəniyyəti və ədəbiyyatının öyrənilməsindəmüstəsna xidmətləri mövcuddur. Onun fəaliyyəti bir sıra sahələri əhatə edir və Azərbaycan ərəbşünaslığında əhəmiyyətli mərhələ təşkil edir.

Baxşәliyeva Gövhәr Baxşәli qızı 26 noyabr 1954-cü ildә Bәrdә şәhәrindә anadan olmuşdur. 1977-ci ildәAzərbaycan Dövlət Universitetini fәrqlәnmә diplomu ilә bitirәrәk Azәrbaycan Elmlәr Akademiyası Şәrqşünaslıq İnstitutunda işә qәbul olunmuşdur. Baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, “Şәrqfilologiyası” şöbәsinin müdiri vәzifәlәrindәçalışmışdır. 1993-cü ildәn Gövhər BaxşәliyevaŞәrqşünaslıq İnstitutunun elmi işlәr üzrә direktor müavini, 2002-ci ildәn isə direktoru vәzifәsindә çalışır. 1984-cü ildә namizәdlik, 1996-cı ildә doktorluq dissertasiyalarını müdafiә etmişdir. 

Klassik vә müasir әrәb әdәbiyyatı, әrәbdilliAzәrbaycan әdәbiyyatı, müqayisәli әdәbiyyatşünaslıq, әdәbi әlaqәlәr vә mәnbәşünaslıq üzrә mütәxәssisdir.Onun әsәrlәri keçmiş sovet respublikalarında vә әrәbölkәlәrindә elmi ictimaiyyәt tәrәfindәn böyük rәğbәtlәqarşılanmışdır. Gövhər Baxşəli qızı Baxşәliyeva dördfundamental monoqrafiyanın - “Абд ас-СаламУджейли. Очерки жизни и творчества” (1989),  “Книга песен” Абу-л-Фараджа ал-Исфахани и классическая азербайджанская литература» (1998), “Современный сирийский рассказ” (2007), “Литературные взгляды Тауфика ал-Хакима” (2015)müəllifidir. Eləcə də on iki kitabın, o cümlәdәn orta әsrmәnbәlәrinin şәrhli filoloji tәrcümәlәrinin (“Абу-л-Фарадж ал-Исфахани. Книга несен” (1994), “İlahi eşq dastanları”  (2001), “Абу-л-Фарадж ал-Исфахани. Рассказы о Кайсе ибн Мулаввахе попрозвищу Меджнун и арабоязычныхазербайджанских поэтах” (2006), “Ölmәzliyә aparan yol” (2009), “Cübran Xәlil Cübran. Qırılmış qanadlar”  (2010) vә s müәllifidir. müxtәlif illәrdәG.B.Baxşәliyevanın “Hamıdan ucadır alimin yeri” (2003) vә “Mәqalәlәr, mәruzәlәr, müsahibәlәr...” (2011) adlı 2-cildliyi çap edilmişdir. Daha sonra G.B.Baxşәliyevanın (Ə.S.Abbasovun tәrtibatı ilә)“İslam. Ensiklopedik lüğәt”i (2013), “Əsassız ermәniiddiaları vә tarixi faktlar”, ingiliscәdәn tәrcümә ( 2016) vә s. Kitabları nəşr edilmişdir. Saysız elmi mәqalә vәmәruzәlәri nüfuzlu yerli və xarici nәşrlәrdә dәrcolunmuşdur.

Akademik Gövhər Baxşəli qızı Baxşәliyevanınrәhbәrliyi vә tәrtibçiliyi ilә bir sıra elmi kitablar işıq üzü görmüşdür. Şәrq filologiyası vә mәnbәşünaslıqsahәsindә bir çox әsәrlәrin elmi redaktorudur. Bir sıra elmi jurnalların redaktoru vә ya redaksiya heyәtininüzvüdür. Xüsusilə, “Azәrbaycan  şәrqşünaslığı” vә“Şәrq araşdırmaları” jurnallarının baş redaktoru, “Dövlət və Din” ictimai fikir toplusunun redaksiya heyәtinin üzvüdür

Yüksәk ixtisaslı şәrqşünas kadrların hazırlanmasında bilavasitә iştirak edәn GövhәrBaxşәliyevanın elmi rәhbәrliyi ilә otuza yaxın namizәdlik dissertasiyası müdafiә olunmuşdur. 10.01.02 – “Türk xalqları әdәbiyyatı” vә 10.01.03 “Dünya әdәbiyyatı” ixtisasları üzrә Müdafiә Şurasının sәdridir. Uzun illәr Şәrqşünaslıq sahәsindәRespublikada aparılan elmi işlәrin koordinasiyası üzrәProblem Şurasının sәdri olmuşdur. Bundan əlavə Akademik Gövhәr Baxşәliyeva pedaqoji fәaliyyәtlә dәmәşğul olmuş, Bakı Dövlәt Universitetinin (ADU)Şәrqşünaslıq fakültәsindә әrәb әdәbiyyatı fәnnini tədris etmişdir. Ərəb dili və mədəniyyəti sahəsində elmi-pedaqoji fəaliyyət göstərərək bu sahədə yeni nəsil alimlərin yetişməsinə, Azərbaycanda şərqşünas elmi kadrların hazırlanmasına vəsilə olmuşdur. 

Filologiya elmləri doktoru Gövhər BaxşəliyevaAzərbaycanda ərəbşünaslıq məktəbinin inkişafı naminə ərəbşünaslıq sahəsində gənc tədqiqatçıların yetişməsiüçün bu sahəyə ərəb və Azərbaycan mədəniyyətləri arasındakı əlaqələrin öyrənilməsi kimi yeni yanaşma metodları gətirmiş və ərəb dili və ədəbiyyatı, tarixi, iqtisadiyyatı ilə bağlı tədqiqatların daha geniş miqyasda aparılmasına yol açmışdır. Bu sahədə onun gördüyü işlər gələcək tədqiqatçılar üçün dəyərli örnəkdir.

Elmə atdığım ilk addımdan sözün əsil mənasındamənə dayaq olmuş  çox əziz və doğma insan akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın 26 noyabrda 70 illik yubileyidir. Elmi yolunu örnək bildiyim Gövhər xanıma hər zaman həyat mayakım kimi baxmışam. O mənim üçün əsl zəhmətin və həmin zəhmətlə yüksək nailiyyət qazanmağın, şəxsiyyət kimi formalaşmağıngöstəricisi olub.   

Tanıdığım ilk gündən Gövhər xanımdan təkcə elmi rəhbərim kimi elmi deyil, əsl Azərbaycan xanımına xarakterik xanımlıq xüsusiyətlərini də öyrəndim.Gövhər xanımda hər gün bir yeni müsbət cəhət kəşf etdim. İnsan bu qədərmi ürəyi yumşaq, xeyirxah, mehriban, sadə və səmimi olar? Demək ki, olar...  

Azərbaycan Respublikasının ictimai-siyasi hәyatında da fәal iştirak edәn Gövhәr Baxşәliyeva 5 noyabr 2000-ci ildә 57 saylı Bәrdә-Ağcabәdi seçki dairәsindәn Azәrbaycan Respublikasının II çağırış Milli Mәclisinә deputat seçilmiş, 2001ci ilin iyun ayından 2005-ci ilin dekabr ayınadәk AzәrbaycanRespublikası Milli Mәclisinin sәdr müavini olmuş, 2005-ci, 2010-cu vә 2015-ci illәrdә III, IV vә V çağırış Azәrbaycan Respublikası Milli Mәclisinә üzv seçilmişdi. Milli Mәclisin Elm vә Tәhsil mәsәlәlәri vәMәdәniyyәt üzrә daimi komitәlәrinin üzvü olmuşdu. 2000-2019-cu illәr Azәrbaycan Respublikası Milli Mәclisinin İslam Əmәkdaşlıq Tәşkilatı Parlament İttifaqında nümayәndә heyәtinin rәhbәri olmuşdu. Elmi fəaliyyətində dosent, professor, akademik elmi adlarına layiq görülmüşdü. Yüksək məqamlara çatdığına baxmayaraq bu uzun zaman ərzində Gövhər xanımınözünün dilindən eşitdiyim “Ağac bar verdikcə başını aşağı əyər” atalar sözünə qüvvət onu bir gün belə təkkəbürlü görmədim. Mövqeyi artdıqca sadəliyi daha da artdı...

Yüksəkixtisalı kadrların hazırlanması üçün İnstitumuza qəbul olunmuş doktorantların dəfələrlə maddi vəziyyətini nəzərə alaraq illik təhsil haqqı ödənişlərinə köməklik göstərməsi, işə yeni kadrar cəlb ediliyində institumuzun doktorantlarını ön plana çəkməsi, bir çox ali məktəblərin, eləcə də Bakı Dövlət Universitetinin “Şərqşünaslıq”, “Tarix” fakultələrininsavadlı tələbələrinin Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda işlə təmin edilməsinə şərait yaratması, işçilərinə sevgi və qayğı ilə yanaşması akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın ali üstün cəhətləridir. Azərbaycan Milli Elmlər Akademiyasınınakademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutun baş direktoru, AMEA-nın həqiqi üzvü, vitse prezidenti, “Qızıl qәlәm” mükafatı laureatı olan Gövhər xanımın müsbət insani keyfiyyətləri saymaqla bitməz. 

Bu günlərdə Prezident İlham Əliyev AMEA-nınvitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 illik yubiley ərəfəsinə təsadüf etmişdir.

Mən də öz növbəmdə akademik Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 illik yubileyini səmimi qəlbdən təbrik edir, ona daima Şərqşünaslıq elminin incisi olaraq qalmasını arzu edirəm.

AMEA akademik Z.M.Bünyadovadına Şərqşünaslıq İnstitutunun “Təhsil” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Bayramova Lalə Məzahir qızı