Saqif Qaratorpaq : -  Döndüm...

Ədəbiyyat 11:30 / 28.04.2025 Baxış sayı: 915

Nə yaxş zəng elədin,işıq düşdü zülmətə,

Gecəm gündüzə döndü.

Misra-misra göyərdi əllərim ağ varaqda,

Ağrılar sözə döndü…

 

Nə yaxşı zəng elədin,su tək könlümə axdın,

Əlim-ayağım əsdi,sevincimdən karıxdım...

Nə yaxşı bizdən ötrü bir gecəlik darıxdın,

Nə yaxşı bizə döndün…

 

Nə yaxşı zəng elədin,gözümə nur ələndi,

Çiçək səsinin ətri evimə səpələndi.

Nə yaxşı zəng elədin,ürəyim ləpələndi,

Dəli dənizə döndüm…