Şakir Xanhüseyn : - RUHUNA SADİQ ADAM

Ədəbiyyat 21:27 / 31.01.2023 Baxış sayı: 1446

 

Ey ruhuna sadiq adam,

torpağa çəkdiyin zəhmət xətrinə,

bar-bərəkət xətrinə,

ağac, kök xətrinə,

bu yer, göy xətrinə,

bir-birinə uzanan əllər,

xoş sözlü dillər xətrinə,

üzərimizə düşən yükün,

böyüklüyün xətrinə,

sevgiyə, məhəbbətə xatir,

həqiqətə xatir,

ürəyi nisgilli insanlara-

həmişə bağrı atəşlilər var ha, onlara xatir,

and iç quşların qurduğu yuvalara,

hara ayaq basırsan ora,

şuma,

toxuma and iç,

and iç günə, işığa,

oda, ocağa and iç,

and iç ki,

heç vaxt şeytana uymayacaq-

ona baş əyməyəcək,

yolunu azanlardan

olmayacaqsan!..