Şakir Xanhüseyn - Dumanlansa gözlərim...
***
Dumanlansa gözlərim,
bükülsə dizlərim
yenə səni gözlərəm,
yenə səni...
canımda bir dəli həsrət bəslərəm,
İrəli gedib də geri həslərəm...
elə səni səslərəm,
elə səni...
səhər-axşam
tapmadan aram
axtarmaqdayam
göydə səni,
yerdə səni...
başdan bulandı suyum,
günahımı necə yuyum...
haylayıb-haraylayım,
çağırım hardan səni?
yumşaldan hanı
acını,
sığallaram saçımı
hərdən-hərdən;
xatırladır hər dən səni,
hər dən səni...