Şakir Xanhüseyn : - Açdığın qapı

Ədəbiyyat 21:06 / 26.04.2025 Baxış sayı: 929

***

açdığın qapı

çörək qapısımı, su qapısımı;

bu qapıdan keçib

çörək tapırsanmı, su tapırsanmı...

sanki içdən, çöldən qıfıllayaraq

çörək, qapısını sənə bağlayır,

ya da haradansa uzanan bir əl

çörək qapısını sənə bağlayır...

bilsən, süfrəndəki yavan bir tikə

sənin hər tikənin bir tikəsidir...

bəlkə çiyin verib qorumaq gərək;

uçulan ömrünü kim tikəsidir...

zalım nə düşünür arxa tərəfdə,

yeri ön sırada, nə deyim ona;

səni çörək ilə imtahan edən

elə bil qol qoyur intiharına...