Rəfail Tağızadə -  Hər şey boğazdan keçir

Ədəbiyyat 09:16 / 15.07.2026 Baxış sayı: 506

 

Hər şey boğazdan keçir:

nəfəs üzü aşağı,

sözlər üzü yuxarı.

Günümüz pis olanda

boğaza yığılırıq.

Ağızdan bir söz çıxır,

həmən boğaz oluruq.

Bir az soyuq olanda,

bir az ürək dolanda,

yazıq boğaz tutulur...

Nə yemək keçir ordan,

nə də ki bir səs çıxır.

Adamı boğaz yıxır...

Hər şey boğazdan keçir,

Hətta tankerlər, gəmilər də.

 

2026