Ehtiram Ilham - Niyə sevəmmədim, seviləmmədim?
*****
Niyə sevəmmədim, seviləmmədim?
Nədən belə yazdın baxta, İlahi?
Kimə veribsənsə, kef eləsinlər,
Göz ki, dikməmişəm taxta, İlahi...
Ömrümdən, günümdən deyirəm səni,
Adam tapmayanda öyürəm səni.
Hərdən haytalanıb söyürəm səni,
Mənə bənd olmaynan çox da, İlahi.
Dünyanı ki, belə qurandan bəri
Nadan kef-damaqda, aqil sərsəri.
Özün ki buraxma qoyursan yeri,
Ərşə çəkilibdi hax da, İlahi.
Kül olub ocağı, yıxılıb öyü,
Çoxdan Ehtiramın qaralıb göyü.
Yazıbsan alnına, bu çəkəcəyi
Taleyi başına qax da, İlahi