Putinin Türkiyəyə səfəri təxirə salındı

DÜNYA 22:03 / 07.02.2024 Baxış sayı: 1983

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

Buna hər iki liderin iş qrafikindəki uyğunsuzluqlar səbəb olub.

Xatırladaq ki, səfər fevralın 12-də baş tutmalı idi. Səfər zamanı enerji sektoru, taxıl dəhlizi, Qəzza zolağı və Suriyadakı vəziyyətlə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılırdı.