Putin Paşinyanla bölgədəki münaqişənin tənzimlənməsini müzakirə edib

SİYASƏT 08:54 / 24.11.2022 Baxış sayı: 1332

“Biz hələ avtomobildə gedərkən regional xarakterli məsələləri, o cümlədən regiondakı münaqişənin tənzimlənməsi məsələlərini müzakirə edirdik”.

Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda Erməsnitanın baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib.

O qeyd edib ki, Ermənistanın hökumət başçısıyla bölgədəki nəqliyyat yollarının açılmasından da danışıb.

Paşinyan isə öz övbəsində rusiyalı həmkarı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu təsdiqləyib.

“Sizin köməyinizlə, vasitəçiliyinizlə Azərbaycan Prezidenti ilə qəbul etdiyimiz üçtərəfli sazişlərə, bəyanatlara əməl olunması çox vacib məsələlərdir. Ümid edirik ki, bu, regionumuzda uzunmüddətli sülhə gətirib çıxaracaq”, - deyə Paşinyan bildirib.