Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırıldı - DİN-dən AÇIQLAMA

Gündəm 13:58 / 18.06.2024 Baxış sayı: 3092

 

Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunub, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb. Onların xidmət sahəsində çalışan şirkətlərdən birinə aid menecerlər olması məlum olub.

Sakinlərin narahatlığına hər hansı əsas yoxdur.