Nobel mükafatçısı Banqladeşə rəhbərlik etmək istəyir

DÜNYA 20:37 / 06.08.2024 Baxış sayı: 2850

 

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib.

Yenises.az "Unikal"-a istinadla  xəbər verir ki, o bu barədə "Frans-Press" agentliyinə müsahibəsində bildirib.

“Məni müvəqqəti hökumətin başında görmək istəyən etirazçıların etimadı məni duyğulandırdı, mən həmişə siyasətdən uzaq olmuşam, amma bu gün ölkəm, xalqım naminə hərəkət etmək lazımdırsa, bu məsuliyyəti qəbul etməyə hazıram”, - deyə Yunus bildirib.

O, həmçinin, Banqladeşdə azad seçkilərə çağırıb.