Kəmalə Abiyeva : - Bu dünyanı nağıl bilək...

Havanın istisindən ayrılın, qəlbinizin istisini hiss edin.
Şeir olduğu kimi. Müxtəlif səhifələrdə paylaşılır. Müxtəlif insanlar səsləndirir. Hamısına təşəkkür edirəm. Amma mahnıda bir bənd nəqarət seçilir. O təkrar gedir. Buna diqqət etmək lazım. İstənilən halda Hamısına təşəkkür edirəm. Hər mahnının sözləri də belə məşhur olmur.
Dindi yenə xatirələr,
döndüm yenə o günlərə.
Istədim ki, əvvəlki tək
tutum sənin əllərindən.
Gözümüzdə, könlümüzdə
neçə arzu, neçə istək
xumarlanaq xoşbəxtlikdən,
bu dünyanı nağıl bilək…
Dindi yenə xatirələr…
Döndüm yenə o günlərə…
İstədim ki, hara getsəm
yenə məni izləyəsən.
O ağacın kölgəsində,
o küçənin döngəsində
yenə məni gözləyəsən.
Həmin küçə, həmin şəhər,
döndüm yenə o günlərə.
İstədim ki, geri dönəm,
Qaynar gözlərini görəm,
baxışlarından titrəyəm.
İstədim ki, bu yollarda
yenə mənə rast gələsən,
guya elə sən də burdan
keçirmişsən təsadüfən.
Sən… Mən… Bir də xatirələr…
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm,
yenə məni izləyirsən.
O ağacın kölgəsində,
O küçənin döngəsində
yenə məni gözləyirsən.
Bilirsən ki, gələcəyəm,