“İdrakı sönüklərin, fərqli fikrə düşmən olanların...”- Xalq artistindən deputatın güllələnməsinə reaksiya

Gündəm 12:48 / 29.03.2023 Baxış sayı: 1091

Xalq artisti, aktyor Nürəddin Mehdixanlı millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsdi pisləyib. 

Yenises.az xəbər verir ki, aktyor özünün sosial şəbəkə platformasında bu sözləri yazıb:

“Fazil Mustafaya qarşı törədilən, bu bişərəfliyin adı, Terrordur!
Bu terror aktı, bir millət vəkilinə qarşıdırsa, bu millətimizə qarşı terrordur!
Ölkəmizə, xalqımıza qarşı terrordur!
İdrakı sönüklərin, fərqli fikrə düşmən olanların, millətimizə və dövlətimizə düşmən olanların, alçaqlığından, acizliyindən yaranan hikkənin, Dövlətçiliyimizə, Millətimizə divar arxasından çaqqalcasına meydan oxumalarıdır!
Ey Bişərəflər! Erməni qardaşlarınızın aqibəti göz qabağındadır!
Siz bişərəflərin aqibəti, onladan da pis olacaq!
Kimsə, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Dövlətinə meydan oxuya bilməz!
YERİNİZ CƏHƏNNƏM OLACAQ!”-deyə Nürəddin Mehdixanlı yazıb.