Həzi Həsənli : - Bu səs göylərin səsidi...

ardasa bir quş oxuyur,
Tənhadı, yalqızdı, vallah.
Sanmayın bayquş oxuyur,
Kövrək könül qızdı, vallah.
Bax, uzaqdan səsi gəlir,
Yaxından nəfəsi gəlir,
Göydə durna dəsi gəlir,
Yerdə qara sazdı, vallah.
Bu səs göylərin səsidi,
Bu səs hər yerin səsidi,
Ya Dəli Kürün səsidi...
Ya da ki, Arazdı, vallah.
16.06.2024