Fazil Mustafa, Millət vəkili  : - "Dəmkeşləri də İran mollaları olar, bacıların birlikdə təqdimatına baxmağa çox az qalıb..."

HÜQUQ 14:17 / 22.01.2023 Baxış sayı: 1533

44 günə savaşı qazandıq. Ekologiyamızın sağlamlığı üçün fəaliyyət göstərən QHTlərimiz  gecə gündüz Laçın-Xankəndi yolunda qar demədən, sazaq demədən fədakarlıq göstərirlər. Artıq 41 gündür ki, Vətən növbəsindədirlər. Bəlkə burada da 44 günün tamamında yola dövlətimizin nəzarət postlarını tam şəkildə yerləşdirib müqəddəs işimizə ikinci vacib nöqtəni qoyaq? 44 rəqəmini hər dəfə təkrar olaraq gündəmə gətirdikcə erməni separatçılarını bir daha pəjmürdə edə bilərik. Xankəndində 44 nəfər erməni qalacaq işin sonunda. Necə olsa, 44 nəfərdən ibarət  erməni folklor ansanblını mozaikamızı zənginləşdirmək üçün arada nümayiş etdirmək lazım gələcək. Dəmkeşləri də İran mollaları olar. Bacıların birlikdə təqdimatına baxmağa deyəsən çox az qalıb.