Ermənistanın yaydığı video ilə bağlı MN-dən AÇIQLAMA

Gündəm 07:31 / 29.02.2024 Baxış sayı: 2337

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Yenises.az  bildirir ki,Müdafiə Nazirliyindən  verilən məlumata görə, təqdim olunan videonun  metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş video görüntülərin bugünkü hadisə ilə heç bir əlaqəsi yoxdur.