Erməni quldur dəstələri Xocalıdakı poliqona məktəbli avtobusunda daşınırlar

KRİMİNAL 08:09 / 23.05.2023 Baxış sayı: 1439

Qarabağ iqtisadi rayonunda erməni quldur dəstələrinin növbəti qanunsuz əməllərinin üstü açılıb.

Yenises.az xəbər verir ki, bununla bağlı görüntüləri Caliber.Az əldə edib.

Kadrlarda Xocalı rayonundakı poliqonda, Rusiya sülhməramlı kontingentinin gözü qarşısında qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən hərbi hazırlıq və digər döyüş təlimlərinin həyata keçirdikləri əks olunub.

“Xüsusilə qeyd edək ki, təlimə cəlb edilən qanunsuz silahlı dəstənin üzvləri poliqona bütün beynəlxalq konvensiyalara zidd olaraq məktəbli avtobusunda (School bus) gətirilirlər”, - xəbərdə qeyd olunur.