Elnur Uğur - Sənmisən?
Ədəbiyyat
09:31 / 01.06.2026
Baxış sayı: 413
İçimdə üsyanlar bəzən,
Ağ oluram öz üzümə,
Sonra dönüb öz- özümə:
Həqiqətən,bu sənmisən?
İçimdə mən məni vurur
Məndən bir mən öndə durur.
Sualla üzümə durur:
Həqiqətən, bu sənmisən?
Günəşdi içimdə batan,
Yox nəsə könlümə yatan,
Baxır məni oda atan:
Həqiqətən,bu sənmisən?
Küəklərtək dəyişirəm,
Səssizliklə döyüşürəm,
Bu suala öyrəşirəm:
Həqiqətən,bu sənmisən