Əlizadə Nuri : - KAM ALMAQ

Arzuların dizinə
Baş qoyaraq yatmışam.
Beş günlük bu həyatı
Beş şeirə satmışam.
Dünya burdaydı indi-
Görüm hara atmışam…
Ulduzlarla oynayıb,
Öz başımı qatmışam…
Özgəyə yalan deyib
Özümü aldatmışam…
Bir günah eyləmişəm,
Min günaha batmışam.
Çox da öyünmə,ay qəm
Səni mən yaratmışam.
…Məni çağıran ölüm,
Bir az da döz, çatmışam…