Əlizadə Nuri : - Bir kilsədə müsəlmanam…

Mən sənə çata bilmirəm-
Yerində gərdiş kimiyəm.
İsidə bilmirəm səni-
Soyuq nəvaziş kimiyəm.
Özü xəstə bir loğmanam,
Hər yer ayrılıqdı, anam.
Bir kilsədə müsəlmanam
Bir camda keşiş kimiyəm.
Dünya nədir?- soyuq budda,
Yağış gizlənib buludda.
…Göy üzünə ağ tabutda
Gedən bir bəxşiş kimiyəm