"Elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın" - Deputat veteranların müavinətindən danışdı

HÜQUQ 21:14 / 26.11.2024 Baxış sayı: 1885

"Bir sıra məsələlər var ki, elə bil bunu qəsdən edirlər ki, camaat narazı qalsın. 80 manat məsələsi ayıb bir rəqəmdir".

Yenises.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

"Bizim qəhrəman oğlanlarımıza, qazilərimizə bu nə müavinətdir verilir? Hamı bundan narazılıq edir, qazilər üstümüzə gəlir", - deyə deputat bildirib.