Əbülfət Mədətoğlu : - Yaxam əlindədi yenə ağrının...

Ədəbiyyat
14:42 / 06.08.2024
Baxış sayı: 5173
***
Yaxam əlindədi yenə ağrının
Ovuram dincəlmir, sıxıb dişimi!
Təsəvür edərək ömrün axırın -
Qurtarmaq cəhdim var qalan işimi...
Açılmır . nədənsə, dizin büküyü
Sanki daş altdadı çiyinlərim də...
Bu nimdaş ömürün çoxdu söküyü -
Görmək istəmirəm əyinlərində!
Hər gün bulansa da gözümdəki lil
Susan xatirələr qoruyur özün...
Mən səni sevirəm!- təkrar deyim, bil -
Yazarsan ,olarsa sən də , bir sözün!