Əbülfət Mədətoğlu : - Gəlmir...

Ədəbiyyat 08:00 / 07.12.2023 Baxış sayı: 2975

 

Çəkilməz bir "ah" borcum var,

Edilməz günah borcum var...

Q!əlb deşən silah borcum var -

Ödəməyə əlim gəlmir...

 

Mən dinləyən nağıl hanı?!

Məndə həmən ağıl hanı?!

Əvvəl hanı, axır hanı -

Çoxdan deyib "gəlim?" - gəlmir...

 

Hər anıma yetən özü,

Məni qoyub gedən, özü!..

Məni dəli edən özü -

Olub dəli,- dəlim gəlmir!..

 

Bu yaşamın tamı, dadı

İtib. qalıb quru adı!

65-im qapıdadı -

Dönüb geri, əllim gəlmir...