Əbülfət Mədətoğlu : - Etiraf

...başlayır bu şəhərin
sənsizliyi...
başlayır bu şəhərin -
mənsizliyi...
Elə qapı önündə-
başlayır - ayrılıq bu...
Nə var bu an könlündə -
onu , göz yaşınla yu!..
Əl də uzatma birdən,
Əl izi düşər ələ...
Bu ayrılıq istidi -
onu duymuruq hələ...
Sadəcə ikimiz də
bu gerçəyə şahidik!
Qoşalaşır fikrimiz -
Ayaq üstə şəhidik...
Aparırsan özünlə -
Sən , səni də!..
Aparırsan özünlə -
Sən məni də!..
...Başlayır bu şəhərdə -
mənli Sənsizlik...
Başlayır bu şəhərdə -
Sənli mənsizlik!..