Daşkəsən və Göygöldə leysan fəsadları

Dünən axşam saatlarından başlayaraq yağan güclü yağış Daşkəsən və Göygöl rayonlarında fəsadlar törədib.
Yenises.az xəbər verir ki, leysan yağışlar ucqar kənd ərazilərində əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.
Qeyd edək ki, bölgədə güclü ildırımla müşahidə olunan yağıntılı hava şəraiti davam edir.