d

Dalğanın hündürlüyü 4,4 metrə çatıb - XƏZƏRDƏ

MƏMLƏKƏT 16:39 / 18.09.2023 Baxış sayı: 564

Sentyabrın 18-i saat 15:00-a olan məlumata əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Yenises.az  bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,4 metrə çatıb.