Ceyhun Bayramov Özbəkistana getdi

SİYASƏT
17:14 / 14.04.2024
Baxış sayı: 2463
Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan a işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.