"Bu yağışlar gələcək məhsuldarlıq üçün çox faydalıdır." -Tahir Rzayev,  millət  vəkili

İqtisadiyyat 21:30 / 16.04.2025 Baxış sayı: 1469

 

“Normadan artıq yağışların düşməsi müəyyən qaydada kənd təsərrüfatına ziyan vura bilər. Çünki sel suları və suların göllənməsi şorlanmaya səbəb olur, həm də əkin sahələrinin torpaqlarını yuyub aparır. Beləliklə, yarğanlar və axırlar əmələ gətirir. Ancaq yaz yağışları əsasən faydalıdır, çünki bu, taxılçılıq üçün çox əhəmiyyətlidir”.

Yenises.az   bildirir  ki,  son  günlərin  hava  durumu  ilə  bağlı danışarkən bu sözləri  millət    vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bir müddət sonra çiyid səpini başlayacaq və belə yağışlar torpağı həddindən artıq münbitləşdirir və yumşaldır. Komitə sədri hesab edir ki, bu yağışlar səpinin normal getməsindən tutmuş məhsulun yaxşı alınmasına qədər münasib şərait yaradır.

 

T.Rzayev eyni zamanda aramsız yağışların heyvandarlığıa mənfi təsirlərindən danışıb. O bildirib ki, bu yağışlar müəyyən qədər heyvandarlığa ziyan ola bilər: “Çünki indi belə vəziyyətdə otlaq sahələrinə heyvanların çıxarılmasında və onların bəslənməsində müəyyən çətinliklər yaranır. Ancaq yenə deyirəm, bu yağışlar gələcək məhsuldarlıq üçün çox faydalıdır. Çünki kənd təsərrüfatı torpaqları yay aylarında isti vaxtlarda sudan korluq çəkir. Bu da yağışların və qarın vaxtında yağmaması, su ehtiyatlarının azalması ilə əlaqədar olur”.

Komitə sədri vurğulayıb ki, amma belə yağışlar yerin təkində suyun miqdarını artırır: “Çünki bununla çaylarda və göllərdə suyun səviyyəsi yüksəlir və gələcək suvarma üçün əlverişli imkanlar yaranır”.

T.Rzayev həmçinin güclü küləyin kənd təsərrüfatına təsirlərinə də toxunub. O söyləyib ki, küləyin şiddətli əsməsi müəyyən qədər bitkiçiliyə ziyan vura bilər: “Güclü külək bitkilərin qurumasına, normal inkişaf etməməsinə səbəb ola bilir, həm də müəyyən çətinliklər törədir. Ona görə də hər bir sahibkar, kənd təsərrüfatında məşğul olan hər bir kəs hava şəraitinin belə keçməsini vaxtında qiymətləndirməlidir və qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Ancaq yenə deyirəm ki, belə yağışlar gələcək əkin və biçin üçün əhəmiyyətlidir