"Bu, bizi narahat edən məsələdir" - Deputatdan həkimlərlə bağlı açıqlama

HÜQUQ 12:56 / 01.11.2024 Baxış sayı: 2749

“Deputat həmkarların dediklərində həqiqət var. Çünki kadr çatışmazlığı doğurdan da var”.

Yenises.az xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu, bizi narahat edən məsələdir. Bu məsələlər hamısı aktualdır. Lakin tamamilə səhiyyənin Azərbaycanda aşağı olması fikri ilə razılaşmıram. İcbari Tibbi Sığorta işləyir, insanların İTS-dən məmnunluğu artır. Bunlar get-gedə artır.

Lakin həmkarım Aqil Abbasın həkimlərin təyinatı ilə bağlı fikirlərinə aid deyə bilərəm ki, Azərbaycanda təyinat məsələsi var. Bu, rezidentura çərçivəsində olur”.