Bəhram Bilaloğlu: - Günəş çəkməz gözə pərdə...

Ədəbiyyat 09:26 / 27.04.2025 Baxış sayı: 3186

Günəş çəkməz gözə pərdə,

O göz də,bir zülmət varsa.

Qaranlıqlar çöksə qəlbə,

Zülf neyliyər könül darsa.

 

Yağsa yağış islatsa da,

Tökülməz ki,ərpi, kiri.

Axtar qəlbində Allahı,

Yer tutmasın lakin biri.

 

Verər şəfa,ümidindən,

Sağlam olar ruhun,ey kəs.

Cismə dəva,dərman gəzsən,

Çatar dərhal,"Haqq'a bu səs.

 

Möhtac etməz özgələrə,

Pay yetirər səmadan da.

Səma əhli gətirdiyi,

Uca olur həyadan da.