Bağanis Ayrım kəndində minatəmizləmə işləri aparılır

SİYASƏT 10:36 / 21.04.2024 Baxış sayı: 912

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.

Yenises.az "Unikal"-a istinadla   xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Daxil olan məlumata görə, hazırda Bağanis [Ayrım] kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, – məlumatda bildirilib.