Ayxan Hüseynli : - Sevgi – Sən bilən deyil...

Sevgi sətir,
Sevgi şeir,
Sevgi nəğmə kimi deyil...
Sevgi əsir,
Sevgi nəsil,
Sevgi xoşbəxt olmaq deyil...
Sevgi yaşda,
Sevgi başda,
Sevgi sığan məkan deyil...
Sevgi qışdı,
Sevgi yazda,
Çiçək açan bahar deyil...
Sevgi kordu,
Sevgi lalda,
Qığıldayan körpə deyil...
Sevgi aydır,
Sevgi paydır,
Hər gün batan günəş deyil...
Sevgi candır
Sevgi ruhdur
Candan ruha körpü deyil...
Sevgi sənsən
Sevgi mənəm
Bu gerçəkdir, xəyal deyil...