Ayaz Arabaçı : - Var

12:30 / 27.03.2025 Baxış sayı: 951

Həsrətimin qədərini bilirəm,

Bir kitablıq o"yanım" var," bərim" var.

Nə olsun ki, təklifimə "yox" dedi,

Hər misrama ilham verən pərim var.

 

Keyləşəndə bir acını duymuram,

Xatirələr çox şirindi doymuram,

Mən imzamı elə-belə qoymuram,

Yazdığımın arxasında tərim var.

 

Baxmıram ki, korlanıbdı zəmanə,

Ölsəm belə itməz məndə əmanət,

Torpağımın sabahına zəmanət,

İki körpəm-iki igid nərim var..

 

Döyüşürəm hər cəbhədə tək durub,

Sapandımın qabağında tank durub,

Bu quyunun başında üç bank durub,

O, quyunun başında da "Kərim" var.

 

Göyərtmişəm,böyütmüşəm haqq sözü,

Ömür boyu deməmişəm lax sözü,

Şillə kimi oturtmuşam şax sözü,

Soyulmağa hazır olan dərim var..

 

Ayrılıqdı gəlib-keçər döz dedim,

Alovlanır canımdakı köz dedim,

Gözüm tutan bir gözələ söz dedim,

Dedi şair vallah mənim ərim var..