Aleksandar Vuçiç: “Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik”

DÜNYA 19:48 / 23.11.2022 Baxış sayı: 1210

“Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik”.

Yenises.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı bildirib.

“Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək” – o bildirib.