Ağaevli Əli Hacı : - Ümüdlərin içində basdırmışam arzularımı,

Ədəbiyyat 09:13 / 26.04.2025 Baxış sayı: 1002

Ümüdlərin içində basdırmışam arzularımı,

Xoşbəxtliyə gedən yolun yoxuşundayam.

Ədalət itib düzün ot-alağında,

Sevincdən bir az o,yandayam !

Cavan-cavan ağarmış saçlardan söyüş yağır,

Qoca-qoca rənglənmiş saçlara !

Vətəni olmadığından,

Ayrılıq qucaq açır acılara !

Sevgi toxumları göz yaşlarıma qaçır,

Hər şeyin quruluğundan !

Eşq,özgə torpağlara üz tutur,

Ürəyin olmayan yavanlığından !

Gözdən uzaq,

Nəfsin olmadığı yerdə yer salıram,

Nəfəsimin daraldığı yerdən uzaqlaşıram !

Günaydın,

qapısı açıq,

pəncərəsinə daş dəyməyən ev !

Günaydın,

kimsəni əyməyən,

özü də əyilməyən ev !