Ağaevli Əli Hacı : - “Durum gedim”şe’rimin 30 – illiyinə

“Durum gedim”şe’rimin 30 – illiyinə
Bu dünyada hər üz gördüm,
bir üz göstər çıxım,gedim !
Ürəyini daşa döndər,
gözündən yaş axım,gedim !
Dağdan gələn su qapında,
dağ dərdimi yu qapında !
Işlət məni qul,qapında,
üz-gözünə baxım,gedim !
Demək-dilin söz təsnifi,
vaxt-zamanın öz təsnifi !
Ocağına köz təsnifi
öz odumu çaxım,gedim !
Daha məndə qalmadı sirr,
yarı Şaham,yarı əsir !
Yel gəlib başımda əsir ,
əlini ver,qalxım,gedim !
Bu dünyada hər üz gördüm,
bir üz göstər çıxım,gedim !
Ürəyini daşa döndər,
gözündən yaş axım,gedim !