Ağaevli Əli Hacı : - 2 aprel-60 yaşıma müsahibəm

Ömürdü də sürdüm,
ağına-bozuna baxmadan !
Günü köhnə kimi geyindim,
tozunu almadan!
Qışın şaxtasında da,
yol boyu yandım !
Yer tapmadım ovunmağa,
ölümün yanında dayandım !
Qız,gəlin gülən yerə,
söz ölən yerə getmədim !
Azı haqq bilib,
çoxun da da içində itmədim !
Bir ömürdü,beş deyil ki,
dincə qoymadım canımı !
Sevgini Tanrı bilib,
Tanrımçün sevdim HAMINI !