Adil Şirin : - YA SEV MƏNİ, YA UNUT
Yenə bahar gələr,
Könüllər gülər
Yenə bu sahildə izimiz qalar.
Qərib könüllərdə sözumüz qalar,
Bu gözəl dünyada gözümüz qalar.
Yenə göylər bulud-bulud,
Ya sev məni, ya unut.
Nə udduq, nə uduzduq
Ömür-gün savaşında?
Sən mənim köksümdəsən,
Mən sənin göz yaşında.
Yenə göylər bulud-bulud,
Ya sev məni, ya unut...
Adil Şirin