ABŞ Ermənistana sevgisinin dəyəri 250 milyon dollara çatdı
ABŞ hökuməti Ermənistana ayrılan maliyyələşmə həddini iki dəfə artırır
Yenises.az xəbər verir ki, Ermənistan Baş nazir vəzifəsini icra edən Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Alelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı qrant sazişinə düzəliş imzalayıblar.
Məlumatı erməni mediası yayıb
Bildirilir ki, USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılır, həmçinin birgə layihələrin sahələri genişləndirilir.
Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.